Olay
Olay

Brilliant Dadaşovadan cəsarətli yenilik

Brilliant Dadaşovadan cəsarətli yenilik

Xalq artisti Brilliant Dadaşova üç hitinə yeni nəfəs verib.

OLAY yazır ki, estrada ulduzu “Yarımgilə”, “Səninləyəm”, “Yalvarıram” adlı mahnılarını yenidən ifa edib. Sənətçi bunun üçün kamera qarşısına da keçib.

“Caspian Media Group” tərəfindən ekranlaşdırılan videoda estrada ulduzu hollivudsayağı imici ilə diqqət çəkir. Onun tərzi üzərində stilist Elnur Həsənov çalışıb. Görüntülərdə Dadaşova iki fərqli saç rəngi ilə sevənlərinin qarşısına çıxıb.

Qeyd edək ki, “Yarımgilə”nin sözləri bayatılardan götürülüb, musiqisi Cavanşir Quliyevə məxsusdur. “Səninləyəm”in sözləri Vüqar Əhmədin, musiqisi mərhum bəstəkar Nailə Mirməmmədlinindir. “Yalvarıram” hitinin isə sözləri Sabir Rüstəmxanlıya, musiqisi Gülərə aiddir.