Müğənni Mehin Hümbətova açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, sənətçi “Öz aramızda” verilişində qonaq olarkən şou-biznesdəki əkizinin Xalq artisti Tünzalə Ağayeva olduğunu bildirib:

“Əkiz deməzdim, sima olaraq, tərz olaraq yox, amma enerji baxımından yaxın olan Tünzalə xanımdır. Onu çox sevirəm, Real həyatda da onunla görüşəndə pozitiv enerji partlaması yaşayırıq, deyib-gülürük. Mən özüm də pozitiv insanam, ondan da eyni enerjini alıram. Səmimi, mehriban, şən emosiyalar yaşadır. Hətta səs tembrlərimizi də bənzədirlər. Bu, mənim üçün şərəfdir. Onun yaradıcılığını çox sevirəm, gözəl əsərlər yaradır”.

“Şou-biznesdəki əkizim Tünzalə Ağayevadır” “Şou-biznesdəki əkizim Tünzalə Ağayevadır”