Həkim səhvi səbəbindən 7 dəfə əməliyyat olunan məşhur türk aktrisa Aslı Bekiroğlunun xəstəxanadakı müalicəsi davam edir.
OLAY yazır ki, sosial media hesabından yeni bir video paylaşan aktrisa göz yaşlarını saxlaya bilməyib. Bekiroğlu paylaşımında “Bu gün çıxacağımı düşünürdüm, amma çıxa bilmirəm. Çıxa bilməyəcəyimi öyrəndim. Həkimlər də nə edəcəklərini bilmirlər, gözləyirik” ifadələrini işlədib.
Qeyd edək ki, aktrisanın uşaqlıq mioması əməliyyatı zamanı səhvən bağırsağı kəsilib.