Ötən aylarda Azərbaycana gəlib burada türk pulu keçərli olmadığı üçün konsertini ləğv edən türk müğənni Rıza Tamer vəfat edib.
OLAY yazır ki, Bodrumdakı evində axşam saatlarında qəfil halı pisləşən sənətçi xəstəxanaya aparılıb. İfaçı edilən bütün müdaxilələrə rəğmən həyatını itirib.
Qeyd edək ki, musiqisevərlərin yaxından tanıdığı Rıza Tamer, ilk dəfə “Popstar Türkiye” yarışmasının ikinci mövsümündə göstərdiyi performansla adını tanıdıb. Yarışma boyunca sərgilədiyi səhnə enerjisi və güclü səsi ilə diqqət çəkən sənətçi finalda üçüncü yeri tutaraq geniş bir pərəstişkar kütləsi qazanıb.