“Space” TV-də bu gün baş tutan iclasla bağlı yeni detallar üzə çıxıb.

OLAY yazır ki, kanalın əməkdaşı  Aysu Allahverdiyeva status yazıb:

“Bugünkü iclasda olanları saytlardan oxuyuruq. Bilmirik qulağımıza inanaq ya gördüyümüzə. İclasda vidalaşmaq, halallaşmaq mövzusu olmayıb, danışıqlar sadəcə fəaliyyət dövrünün yaradıcı tərəfini əhatə edirdi. Əvvəlki qaydada işə davam etməyə çalışırıq. Ruh düşkünlüyü yaratmayın, “Bağlanma” xəbərinə sevinənlərin çörəyi artmır, əksinə sevindikləri mövzu neçə ailəni çörəksiz qoyur. Yıxmağa olan həvəsinizi dəstəyə yönəldin. Bacarmırsızsa, ruzi ilə oynamayın. Allah böyükdür”.