Olay
Olay

Firəngiz Mütəllimovanın Şuşadakı evi - Video

Firəngiz Mütəllimovanın Şuşadakı evi - Video

Xalq artisti Firəngiz Mütəllimova Şuşadakı ata evinin görüntülərini paylaşıb. 

OLAY yazır ki, o, ermənilər tərəfindən dağıdılan evin videosunu izləyiciləri ilə bölüşüb. Aktrisa paylaşıma bu şərhi verib:

“Şükür bu günə. Maşallah Şuşama, torpağına, dağılmış evimizə, ağacları yox olan həyətimizə, yağan qarına. Evlər tikiləcək, yenidən torpaqlarımıza qayıdacağıq. Hər fəslini doya-doya yaşayacağıq. Sən artıq azadsan, müqəddəs Şuşam. Sənin həsrətində olan hər kəsə bu torpağa ayaq basmağı arzulayıram. Təki salamatlıq olsun. Bu videoya görə, çox sağ ol, əziz Elçin. Sanki bütün itirdiyim illərimi geri qaytardın. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Qazilərimizə şəfa diləyirəm. Ali Baş Komandanımıza, əsgərlərimizə və şanlı ordumuza var olun deyirəm. Şanlı tarixi bizə canlı yaşadığınız üçün. Yaşasın müstəqil Azərbaycan”.