Olay
Olay

Onlar da Prezidenti təbrik etdi

Onlar da Prezidenti təbrik etdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. OLAY yazır ki, dövlət başçısının 60 yaşı tamam olur.

İ. Əliyevi siyasətçilər, ictimai xadimlərlə yanaşı mədəniyyət üzvləri də təbrik edib.  

Xalq artisti Nəzakət Teymurova:

“Müzəffər Ali Baş Komandan, ad gününüz mübarək ! Sizə Allahdan uzun ömür , can sağlığı arzulayıram ! Yaşayın və Azərbaycanımızı daha da yüksəklərə aparın ! Biz sizə inanırıq!”

 Xalq artisti Faiq Ağayev:

“Ad gününüz mübarək, əziz cənab Prezident!

Vətənimizə, Xalqımıza şanlı Qarabağ zəfərini yaşatdığınız, milli iftixar hissimizi yenidən parlatdığınız üçün adınız tarixdə böyük sərkərdə, Qarabağ xilaskarı, qurucu İlham olaraq əbədi yaşayacaqdır!

Bu ümman boyda səadəti Azərbaycana bəxş etdiyinizə görə rəhbərlik etdiyiniz şanlı Ordumuza və şəxsən Sizə olmazın minnətdaram, qüdrətli Ali Baş Komandanım! Sizinlə qürur duyuram!

Allah sizə yar və yardımçı olsun, İlham Əliyev”. 

Xalq artisti Firəngiz Mütəllimova:

“Əziz Prezident, yubileyiniz mübarək! Qarabağa çəkdiyiniz zəfər yolu size daim yeni uğurlara və zəfərlərə aparsın!”

Xalq artisti Həmidə Ömərova:

“Mehriban, səmimi ata, layiqli övlad, həm cəbhədə, həm də siyasi arenada qalib gələn müdrik sərkərdə-bizim Prezidentimiz! Yubileyiniz mübarək!”

 Əməkdar artist Aybəniz Haşımova:

“Artıq yuxularımıza belə küsüb gəlməyən Şuşanı, Vətəni sizin rəhbərliyiniz ilə igidlərimiz azad etdi. Vətəni həsrətdən xilas etdiz. Sözlə bitə bilməyəcək qədər sizə minnətdarıq. Sizin 60 illik yubileyinizə ən böyük hədiyyəni şəhid, qazi, əsgərlərimiz bağışladı. Bundan böyük təbrik ola bilməzdi, qalib Prezident! Sizi ürəkdən təbrik edirəm”. 

Xalq artisti Röya Ayxan:

“Bizə zəfər qazandıran Ali Baş Komandan! Mən bir vətəndaş, övlad, ana, Xalq artisti olaraq sizi təbrik edirəm. Siz bizə həyatımız boyu unutmayacağımız bir hədiyyə bəxş etdiniz. O hədiyyə ki, hər kəsin qürurlandırdı, fərəhləndirdi. Sizi sevirəm, bu, hər zaman belə davam edəcək. Xoşbəxt, sağlam və daim bizimlə olun”. 

Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Murad Dadaşov, Brilliant Dadaşova, Avroviziya qalibləri Nigar Camal, Eldar Qasımov, muğam ifaçısı Gülay Zeynallı və başqaları Prezidenti təbrik postları yazıb, liderlə fotolarını instaqram hesablarında paylaşıblar.