Olay
Olay

Azər Qərib efirə qayıdır

Azər Qərib efirə qayıdır

Tanınmış aparıcı Azər Qərib yenidən efirə qayıdır.

OLAY yazır ki, o bu barədə sosial media hesabında məlumat verib. Qərib bildirib ki, AzTV-də çalışacaq:

“Mənim əziz, doğma, sevimli izləyicilərim, oxuyucularım, tamaşaçılarım, dinləyicilərim və sadəcə pərəstişkarlarım.

Sizin çoxsaylı müraciətlərinizi, öz istəyimi və AzTV-nın dəvətini bir araya gətirib efirə qayıtmaq qərarını verdim, kanal rəhbərliyinə təşəkkür edirəm dəvətə görə!

Uzun fasilədən sonra sizlərlə yenə də ekranda görüşmək mənə xoş olacaq.

Şükürlər olsun ki, sosial şəbəkələr tamaşaçılarla ayrılığa imkan vermirlər, amma istənilən halda sosial şəbəkələrdə olmayan bir qism var, ələlxüsus bölgələrdə, ələlxüsus yaşlı nəsilin nümayəndələri və mən şadam ki, onlar yenidən mənimlə olacaqlar.

Daha doğrusu, mən onlarla və sizinlə olacam.

Bu gündən etibarən “Oralar” verilişi yenə də sizi salamlayacaq, sadəcə bəzi qüsurları mənə keçin, yadırğamışamn efirdən, amma yavaş-yavaş düzələcək İnşallah.

Mən sizə çox minnətdaram, səmimi deyirəm, efirsiz zamanlarımda mənə dəstək və dayaq oldunuz, sizin sevginizi, hörmətinizi çox yüksək dəyərləndirirəm, daim sizin marağınızı hiss edirəm və ümidvaram ki, burada bizim ünsiyətimiz daha da zənginləşəcək, oralarda olanlar haqda birinci “pıç-pıç” sizinlə olacaq.

Sağ olun, var olun və bu gün saat 16.30-da AzTV-nın efirindən məni izləməyi unutmayın ki, sonra gəlib burada yıxıb sürüyəsiniz.

Mən isə bu gün Roqaşka işlərimi bitirib yola düşürəm Ljublanaya və orada bu şad xəbəri qeyd edəcəm. Ura!”