Olay
Olay

Xalqdan üzr istədiyi videonu sildi

Xalqdan üzr istədiyi videonu sildi

Bakı haqda səsləndirdiyi təhqiramiz ifadəyə görə tənqid olunan repçi Navai (Nəvai Bəkirov) növbəti addımı ilə diqqət çəkib.

OLAY yazır ki, o, Azərbaycan xalqına səslənib üzr istədiyi videonu instaqram səhifəsindən silib. Onun bu hərəkəti müzakirələrə səbəb olub.

Qeyd edək ki, bir neçə gün öncə reperin Bakının ünvanına nalayiq ifadə səsləndirdiyi video yayılmışdı. Bu sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin şəkildə qınanılmışdı. Navai əvvəlcə həmin görüntülərin montaj olduğunu söyləsə də, sonra səhvini qəbul edərək üzr videosu çəkmişdi. O, sözügedən kadrlarda sərxoş olduğunu, səhv etdiyini demişdi.