Olay
Olay

Navai müzakirə olunan videosundan danışdı

Navai müzakirə olunan videosundan danışdı

Rusiyada fəaliyyət göstərən, azərbaycanlı repçi Navai ( Nəvai Bəkirov) sosial şəbəkələrdə müzakirə yaradan videosuna aydınlıq gətirib.  

OLAY yazır ki, sənətçi bu barədə instaqramda məlumat yayıb. O bildirib ki, sözügedən kadrlar montajdır:

“Kimsə müxtəlif montaj işləri edərək mənim adımı ləkələməyə çalışır. Nə üçün bilmirəm. Lakin bütün adekvat insanlar vətənimə, qardaş və bacılarıma münasibətimi bilirlər. Dünyanın harasında olmağımdan asılı olmayaraq hər birinə canımı verərəm. Babamızın hər zaman təkrarladığım sevimli sözləri var: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam”.

Qeyd edək ki, sözügedən kadrlarda reperin Bakı haqda təhqiramiz ifadə səsləndirməsi yer almışdı.