Əməkdar artist Xəyyam Nisanov ötən günlərdə sosial şəbəkələrdə Bakı haqda təhqiramiz ifadə işlətdiyi videosu yayılan Navai barədə paylaşım edib.
OLAY yazır ki, sənətçi onu “vətən xaini” adlandırıb.
“Bu, artıq mənim əsəblərimdən üstün oldu, ona görə də yazmağa vadar etdi! Ay vətən xaini, bizim analarımız, bacılarımız, xanımlarımız yaşayan ölkəni “fahişəxana” adlandırıb, bunu bütün dünyaya video paylaşıb, sonra üzr istəmək – bu, bəs edir ki?! Xeyr! Etmir! Bunu ilk öncə bir vətəndaş kimi şəxsən özümə təhqir qəbul edirəm və sənin kimi xainlər cavab verməlidir. Rica edirəm ki, bunun kimi xainlərin ölkəmizə girişinə məhdudiyyət qoyulsun! Əminəm ki, bütün Xalqımız bu fikrə dəstək olacaq!”.
Qeyd edək ki, Rusiya və MDB-də populyar olan azərbaycanlı reper Navai (Nəvai Bəkirov) sözügedən görüntülərindən sonra daha bir video çəkərək üzr istəmişdi:
“Qonaqlıq idi, oturduq, dedik-güldük, sərxoş oldum. Oxumaqdan bezdim, dedim gedək “kişi klubu”na. Özümüz də bilirik ki, millət belə yerə “kişi klubu” demir, başqa söz deyir. Birinci belə söz dediyimi boynuma almağa utandım. Mən üzr istəmək istəyirəm, mən getdiyim məkanı nəzərdə tuturdum. Qələt edərəm öz doğma torpağıma, öz yerimə belə söz deyərəm. Bu, mümkün olan bir şey deyil. Nəinki mən, başqa biri o sözü desə, biz onu özümüz həll edərik. Öz anam, bacım Bakıda yaşayır. Ola bilməz ki, elə bir söz işlədim, özümü zibilə saldım. Namusunuza, qeyrətinizə qurban olum. Hamı bilir ki, Azərbaycanı necə sevirəm. Həmişə dayaq oluram, bağışlayın. Mənim ürəyimdə elə bir söz ola bilməz. “Qaqa”nızı bağışlayın. Kişi gərək dediyini danmasın. Hamınızdan üzr istəyirəm”.