Video
Video

“Kişi gərək səhvini danmasın” - Üzr istədi - Video

“Kişi gərək səhvini danmasın” - Üzr istədi - Video

Rusiya və MDB-də populyar olan azərbaycanlı repçi Navai (Nəvai Bəkirov) yayılan qalmaqallı videosu ilə bağlı üzr istəyib.

OLAY yazır ki, ifaçı instagram hesabında video paylaşaraq səhv etdiyini, bu səbəbdən xalqın onu bağışlamağını rica edib. 

Navai sərxoş olduğunu, “kişi” klubuna getdiklərini bildirib:

“Qonaqlıq idi, oturduq, dedik-güldük, sərxoş oldum. Oxumaqdan bezdim, dedim gedək “kişi klubu”na. Özümüz də bilirik ki, millət belə yerə “kişi klubu” demir, başqa söz deyir. Birinci belə söz dediyimi boynuma almağa utandım. Mən üzr istəmək istəyirəm, mən getdiyim məkanı nəzərdə tuturdum. Qələt edərəm öz doğma torpağıma, öz yerimə belə söz deyərəm. Bu, mümkün olan bir şey deyil. Nəinki mən, başqa biri o sözü desə, biz onu özümüz həll edərik. Öz anam, bacım Bakıda yaşayır. Ola bilməz ki, elə bir söz işlədim, özümü zibilə saldım. Namusunuza, qeyrətinizə qurban olum. Hamı bilir ki, Azərbaycanı necə sevirəm. Həmişə dayaq oluram, bağışlayın. Mənim ürəyimdə elə bir söz ola bilməz. “Qaqa”nızı bağışlayın. Kişi gərək dediyini danmasın. Hamınızdan üzr istəyirəm”