Olay
Olay

“Fikir verməyin, bu qız dəlidir”

“Fikir verməyin, bu qız dəlidir”

Son günlər yazdığı şeirlərlə gündəmə gələn Xalq artisti Brilliant Dadaşova daha bir paylaşım edib. 

OLAY yazır ki, o, instaqramın “story” bölməsində müxtəlif şərhlər verdiyi fotolarını paylaşıb. Dadaşova şəkillərə bu sözləri yazıb:

“Çalışdım ki, düzgün olsun. Yaxşı olmadı. Yaxşı olmağa çalışdım, düzgünlük qalmadı. Yaxşı ki, musiqi, şeir var, ürəklərdə yalan alov, köz var. Nə sirrlər daşıyır insan xisləti. Bitməz ümidləri, bitməz niyyəti. Yaradan bəxş edib seçim imkanı, sınayır imtahan edir insanı. O, isə güvənib dünya malına, hiyləyə əl atır seçir ədavəti. Kimisi naməlum yollara düşüb , gəzir kainatda əbədiyyəti. Fikir verməyin, bu qız rəsmən dəlidir. Düzgünlük axtarır, çox gülməlidir. Həqiqət sözünü kim icad edib? Çoxdan alıb başını dünyadan gedib”.