Ben Afflek və Cennifer Lopez sevgisini yenidən doğulması, Sara Bredi və Conah Hilli sevimli cütlüklərimizdin biri edən simpatiyaları, Zendaya ilə Tom Hollandın dostluqla daha da güclənən sevgiləri…
2021-ci il xeyli cütlüyü medianın radarında tutdu. Ancaq bəzi cütlüklər var ki, təkcə, xoşbəxtlikləri ilə yox, tərzləri ilə də xeyli insana “kaş ki, mən də belə bir sevgi yaşasam”, - deyə, arzusu bəxş etdi.
OLAY 2021-ci ildə ürəklərdə olduğu kimi libas seçimlərində də uyğunluq təşkil edən cütlükləri təqdim edir.
Mükəmməl uyğunluğun izahı ola biləcək bir cütlüklə başlayırıq: Megan Foks və Maşin Qal Kelli. Xüsusilə də qırmızı xalıdakı stilləri, nümayiş etdirdikləri cazibə və aralarındakı seksual enerji ilə onlara heyran olmamaq mümkünsüzdür. Çox insanın seçməkdən də çəkinəcəyi iddialı görünüşlərini aksesuarlarla tamamlamağı sevən cütlük hər “look”larını bir karnaval kimi taclandırır. Dərilər, parıltılar, bədən boyaları və döymələri, zəncirlər onların tərzində əvəzedilməz detallardandır.
İkinci cütlük Rihanna və Eysəp Rakidir (Rakim Mayers). Rihannanı şəxsi həyatında xoşbəxt görmək bütün fanatlarının xəyalı idi. Bu cütlükdən bəhs edəndə xüsusilə "2021-ci MET Gala"da yorğana bürünmüş hallarını xatırlayırıq. Lakin, onlar bundan daha çoxunu daşıyır. Gündəlik həyatlarında da bir-birilə uyğunlaşan kombinasiyaları, bənzər papaq, bandana kimi aksesuarlarla bəzədikləri tərzləri onları ən çox yaraşan cütlüklərdən birinə çevirir.
Əgər rok ulduzu bir sevgiliniz varsa, tərziniz bütün iddiasını nümayiş etdirəcək. Kortni uzun illərdir bir çox insan üçün ən stil sahibi Kardaşyan kimi tanınsa da, Travis Barker ilə münasibətindən sonra daha da inkişaf etdiyini deyə bilərik. Onlarda Meqan Foks və Maşin Qal Kelli enerjisini duymaq mümkündür. Cazibədar, enerjili, cəsur və bir o qədər də xoşbəxtdirlər.
Lori Harvi və Maykl B. Cordan sözün əsl mənasında yuxu kimi cütlükdür. Ənənəvi xoşbəxt sonluq hekayələrindəki gözəl qadın, yaraşıqlı kişi, qüsursuz paltarlar, baxımlı və parlaq dəri, nəfəs kəsən gülümsəmə şablonları sanki bu cütlükdə reallığa çevrilir. Hədsiz trend iddiası olmadan davam etdirdikləri uyğunluq və risksiz seçimlər onları gündəlik həyatlarında da, parti stillərində də qüsursuz bir cütlük edir.
Məşhur komediya ustası Conah Hill 2021-ci ildə sevgini tapan simalardandır. Sörfçü Sarah Bredi ilə xoşbəxt bir münasibətə başlayan Conah həm sosial şəbəkə hesablarında, həm də iştirak etdikləri məclislərdə uyğunluq nümayiş etdirirlər. Hətta, onlar eyni kombinasiya ilə tədbirlərə qatılacaq qədər sevimlidirlər. Cütlyün “Gucci” dəstini unutmaq mümkündürmü?
Zendaya və Tom Holland...
Bir moda ikonasının sevgilisi olduğunuz zaman stiliniz də qüsursuzcasına dəyişir. Tomu uzun illər qırmızı xalıda idman üslubunda görürdük. Həyatına Zendaya kimi bir tərz kraliçası daxil olana qədər... Zendaya həm gözəlliyi, həm də libas seçimləri ilə bir çox modeli geridə qoyacaq enerjiyə sahibdir. Tom da bu enerji ilə daim uyğunlaşır və birlikdə möhtəşəm uyğunluq əldə edirlər.
2021-ci ildə onların yenidən bir araya gələcəyini kim bilə bilərdi ki? Aleks Rodrigez ilə ayrılan Cennifer həsrətində olduğu sevgini keçmiş nişanlısı Ben Afflekdə tapdı. Onlar tərzlərində də hər zamankından daha əladır. Cütlük qatıldıqları tədbirlərdə, Los-Anceles küçələrində, hətta istirahətdə də uyğun kombinasiyalar edirlər.
2022-ci ildə bu cütlüklərin ayrılmamalarını və daha çox qırmızı xalıda stilləri ilə özlərinə heyran qoymalarını gözləyirik.