“Bu gün onların günüdür. Evimizin nəşəsi, üzümüzün gülüşü və könlümüzün şahzadəsi olan qızların. O qızların ki, sabaha ümidimiz, gözəl, məmnun və xoşbəxt gələcəyin təməlçiləridir”.
OLAY yazır ki bu sözləri tanınmış iş xanımı Ruhi Əliyeva sosial şəbəkədə yazıb.
R. Əliyeva 11 oktyabr - Beynəlxalq qızlar günü münasibəti ilə xanımları təbrik edib:
“O qızlar ki, mehribanlığı, qayğıkeşliyi, sevgisi ilə bir ocaq çatacaq, bir xoşbəxt ailənin anası, bir hüzurlu evin gəlini, bir üzügülər balanın anası olacaq. O qızlar ki, zəkası, təhsili ilə ölkəni, Vətəni ən yüksək kürsülərdə təmsil edəcək. Xanım, qadın və ana adını ləyaqətlə daşıyacaq.
Gününüz mübarək, zərif, incə, güclü və gözəl mələklər. Nazim Hikmət demiş, dünya bir yanadır, siz bir yana”.