Aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə vəfat edən qardaşı ilə bağlı paylaşım edib.
Olay.az xəbər verir ki, o, bu gün 33 yaşı tamam olan qardaşına təbrik yazıb:
"Bu gün sənin günün. Allahım səni 5 bacıya ərməğan verdi. Uşaqlığımın ən böyük arzusu qardaşım. Yaraşıqlım, dağım, ən uca zirvəm, güvənim, fəxrim, dayağım, başımın tacı, paşam... Vətən, torpaq aşiqi igidim. Doğum günün mübarək. Bacısının bir dənəsi, sənə uzun ömür, can sağlığı, yüksək rütbələr, bol şans arzu edirəm. Allah səni xətadan-bəladan uzaq etsin. Bacısının nəfəsi, körpəsi, sonbeşiyim. Bir balanın toyunu görməyi Allah sənə qismət eləsin inşAllah. Qardaşımın 33 yaşı tamam olur ay camaat. Təbrik yazmışam, cənnətə necə göndərə bilərəm?Kömək edin, nə olar. Gün bitir, gecikir, sonra küsər bacısından".
Qeyd edək ki, Vüsalə Əlizadənin qardaşı Əlihüseyn Əlizadə ötən ay yol qəzasında dünyasını dəyişib. Mərhum Dövlət Sərhəd Xidmətinin zabiti olub.