Olay
Olay

Cey Balvin Bakıya gəlir!

Cey Balvin Bakıya gəlir!

Dünya şöhrətli kolumbiyalı reggeton üslublu müğənni Cey Balvin Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində keçiriləcək əyləncə proqramı daxilində paytaxt Bakıda çıxış edəcək.

OLAY yazır ki, Cey 14 sentyabr tarixində Crystal Hall-da konsert verəcək və onun çıxışına yalnız 13-15 sentyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisinin biletlərinə sahib olanlar qatıla biləcəklər.

Xatırladaq ki, Formula-1 Azərbaycan Qran-Prisinin ilk günündə Crystal Hall-da Uill Smitin konserti və dünya şöhrətli DJ Black Coffee-nin çıxışı da baş tutacaq.

Qeyd edək ki, Cey Balvin, əsl adıyla Xose Alvaro Osorio Balvin kolumbiyalı bir reggeton müğənnisidir. O, latın musiqisinin dünya səviyyəsində populyarlaşmasında böyük rol oynayıb və reggeton Ceyanrının əsas simalarından biri olaraq tanınır. Cey Balvin “Mi Gente”, “Ginza”, “Safari”, “I Like It” (Kardi Bi və Bəd Banni ilə birlikdə) kimi məşhur mahnıları ilə tanınır və musiqi karyerası boyunca bir çox mükafatlara layiq görülüb.

Cey Balvin cəsarətli moda seçimləri və rəngarəng görüntüsü ilə də tanınır. O, yalnız musiqi sahəsində deyil, həm də moda və pop mədəniyyətində təsirli bir fiqurdur. Səhnə performansları, enerjisi və izləyiciləri ilə qurduğu əlaqə ilə məşhurdur.

Cey Balvin musiqidəki müvəffəqiyyəti ilə Latın musiqisinin sərhədlərini genişləndirmiş və dünya səviyyəsində tanınmış bir sənətçi halına gəlib.