Müğənni Nura Suri ilə rejissor Nail Naiboğlu arasında qalmaqal yaranıb.
OLAY yazır ki, buna səbəb N. Surinin saytımıza rejissorlarla bağlı verdiyi açıqlaması olub. Belə ki, sənətçinin “Azərbaycanda mən istədiyim kimi iş təqdim edən rejissor yoxdur”,- deməsi Nailin etirazı ilə nəticələnib.
O, MTV-yə açıqlamasında Nuranın fikirlərini tənqid edib.
Suri isə rejissorun səsyazısını təqdim edərək Nailin yalançı olduğunu vurğulayıb:
“Onu heç reklam etmərəm. Bu adam mənə illərdir yalvarır. Yalvarır ki, mən ona klip çəkdirim. Bunu hamı bilir. Adam mənə hər gün mesajlar yazır. Heç havayı klip çəkdirəcəyim insan da deyil. O, özünü reklam etmək istəyir. O da olmayacaq”.
Daha sonra Nail şəxsi yazışmalarını efirdə təqdim etdiyi üçün ifaçını qınayıb:
“Əvvəla, o xanıma heç yaraşdırmadım ki, şəxsi telefon nömrəsinə yazdığım mesajı efirdə səsləndirsin. İkincisi, mən rejissoram, işim klip çəkməkdir. Bəyəndiyim hər bir müğənniyə "gəlin sizə klip çəkim" deyə bilərəm. Bu, o demək deyil ki, mən kimə isə yalvarıram. Bu günədək bir çox layihələrə imza atmışam. Bu işləri görən bir rejissora sizin adınızın reklamı lazımdırmı? Sadəcə, qəbul edə bilmərəm ki, azərbaycanlı müğənnim rejisssorlarımızı kiçiltsin. Biz sizə hörmətlə yanaşırıq, eyni münasibəti də sizdən gözləyirik!”.