Müğənni Nura Suri “Wolt” kuryer şirkətinin fəaliyyətini tənqid edib.
OLAY yazır ki, sənətçi bu barədə feysbuk sosial şəbəkəsində məlumat yayıb.
O, şirkətin müştərilərə məsuliyyətsiz yanaşdığını bildirib: “Hər dəfə özümə söz verirəm ki, susum, amma alınmır. “Wolt”dan neçənci dəfədir ki, sifariş veririk (oğlum Davidinin istəyi ilə). Hər dəfə bir problem çıxır.
Blogerlərə pul verib reklam etməklə iş bitmir. İşinizi keyfiyyətli edin yetər.
Neçənci dəfədir pizza və s. kimi yanında barbekü sousları sifariş edib pulunu ödəyirik. Yemək gəlir, 50 qəpiklik souslar gəlmir. Uşaq bu yeməyi sifariş edəndə yanında bu ziyanlı sousu da istəyir axı. Niyə belə məsuliyyətsiz yanaşırsız axı müştərilərə?”
Sosial şəbəkə istifadəçiləri isə problemin sifariş götürən restoranlarla bağlı olduğunu, şirkət əməkdaşlarının bağlamaya baxma kimi bir hüququnun olmadığını qeyd edib.