Olay
Olay

Nura rejissor tapa bilmir

Nura rejissor tapa bilmir

“Efirlərə çıxmıram. Həvəsim də yoxdur, maraqlı veriliş də yoxdur”.

Bu sözləri OLAY-a açıqlamasında müğənni Nura Suri deyib.

O, karantin zamanı sənəti ilə məşğul olduğunu bildirib:

“Karantində mahnılar yazdırdım. Xpert, Orxan Qarabasma, Kazımcanla iş birliyim oldu. Jai Hoonla da yeni mahnımız var. Hazırda studiyada tamamlanma işləri gedir. Klip çəkdirmək istəyirəm. Lakin indiyədək olan təcrübələrim göstərir ki, Azərbaycanda mən istədiyim kimi iş təqdim edən rejissor yoxdur”.

Nura Suri feysbukdakı paylaşımlarını dayandırması barədə də danışıb:

“İndi özümlə məşğulam. İdmana gedirəm, istirahət edirəm. Status yazmağa da həvəsim yoxdur”.