Avtomobilində çəkdiyi videolarla məşhurlaşan türkiyəli bloger Banu Parlakın İnstaqram səhifəsində onun ölməyi ilə bağlı paylaşım edilib.
OLAY yazır ki, Banu qısa müddət sonra video açıqlama yayaraq avtomobilinin içində hücuma məruz qaldığını bildirib.
Tanımadığı şəxslərin ona hücum etdiyini deyən bloger danışmaqda çətinlik çəkib. O, hüquq mühafizə orqanlarına müraciət etdiyini deyib.