Olay
Olay

Faiq Ağayevi “öldürdülər”

Faiq Ağayevi “öldürdülər”

Vikipediyada Xalq artisti Faiq Ağayevin 49 yaşında vəfat etməsi barədə informasiya yayılıb.

OLAY xəbər verir ki, bununla bağlı açıqlama verən sənətçi sosial media hesabında həmin informasiyanın yer aldığı fotoları paylaşıb

“Allah mənə rəhmət eləsin! Son günlər ya erməni, ya fars, ya da ki, onların yerli nökərləri Azərbaycanın görkəmli artistlərinin Azərbaycan dilindəki Vikipediya məqalələrinə “fake” ölüm məlumatları əlavə edir. Uymayın bu dezinformasiyalara, dostlar. Artıq lazımi düzəlişlər etdik”, - deyə, F.Ağayev yazıb.

Sənətçi hüquq mühafizə orqanlarına müraciət edərək bunu edən şəxsin IP ünvanını da paylaşımına əlavə edib.