Olay
Olay

“Şuşa” komandasının adını qaytardıq”

“Şuşa” komandasının adını qaytardıq”

“Nəzərinizə çatdırım ki, heç vaxt kimsə komandanın adını dəyişməyib. “Şuşa” komandası var və qalacaq”. 

OLAY yazır ki, bu sözləri Rusiyanın Soçi şəhərində keçirilən ŞHK(Şən və Hazırcavablar Klubu) komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən komandanın rəhbəri Müşviq Abbasov deyib. O bildirib ki, komandanın adını geri qaytarıblar:

“İki gün gərgin, uzun, mübahisəli görüşlərdən sonra qərara gəlindi ki, komandamız Rusiyanın Sankt-Peterburq şəhərində ŞHK- liqasında oynayacaq. Bir neçə gündür kimsəyə açıqlama vermirdik ki, mane ola bilər. İndi hər şey əladır. Azərbaycanın Mədəniyyət paytaxtı Rusiyanın Mədəniyyət paytaxtında oynayacaq. Hamıya uğurlar. Bəzi bədbəxtlərin sevinci uzun çəkmədi”.

Qeyd edək ki, komandanın adı müvəqqəti dəyişdirilərək “Buta” olmuşdu.