Bakının “Şuşa” KVN klubu Rusiyanın Soçi şəhərində keçirilən “KİVİN-2022” festivalında ikinci tura yüksəlib.
OLAY yazır ki, komandamız ikinci tura yüksəldikdən sonra festivalın rəsmi saytında adının dəyişdiyi məlum olub.
Belə ki, “Şuşa” adı “Buta” ilə əvəzlənib.
Sosial şəbəkələrdə klubun adının təşkilatçıların istəyi ilə dəyişdirildiyi iddia edilib, komandanın rəhbərliyi tənqid edilib.
OLAY məsələ ilə bağlı sözügedən komandanın rəhbəri məşhur ssenarist və prodüser Müşviq Abbasovla əlaqə saxlamağa çalışsa da, o, telefonlara cavab verməyib.