Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Elşən Əşrəfov “Üzbəüz” proqramında qonaq olub.
OLAY yazır ki, atasından danışan Elşən göz yaşlarını saxlaya bilməyib.
“Yeni il gecəsi qəbir üstə getmişdim. Həm də doğum günüm idi. Həmişə ad günümdə atam bizə gələrdi. Bu dəfə mən getdim. Atam dünyasını dəyişəndə ona orqanını bağışlayan Müqəddəsdən halallıq aldım”,-deyə müğənninin oğlu bildirib.
Qeyd edək ki, B. Əşrəfov 2021-ci ilin aprelində koronavirusdan dünyasını dəyişib.