Olay
Olay

Zümrüd Mirzəliyevadan yeni kolleksiya!

Zümrüd Mirzəliyevadan yeni kolleksiya!

Dizayner Zümrüd Mirzəliyeva Bakı Moda Həftəsinin ikinci günündə ecazkar kolleksiyası ilə tamaşaçıların diqqətini çəkməyi bacarıb.

OLAY yazır ki, 25 fərqli dizaynda geyim təqdim edən moda ustadı etnik və çağdaş dövrün harmoniyasını mükəmməl şəkildə birləşdirməyi bacarıb.

İpək libasları ilə adını brendləşdirən Mirzəliyeva dəfilə üçün özəl ayaqqabılar, aksessuarlar hazırlatdırıb.

Moda həftəsində nümayiş olunan kolleksiyaya iki ay sərf olunub. Bu haqda danışan dizayner bildirib ki, moda həftəsində milli dəyərlərə sadiq qalıb:

“Qədimi texnikalardan istifadə etməyə çalışmışam ki, milli dəyərlərimizi qoruyaq. Əvvəl geyimlərdə sırıqdan istifadə olunurdu. Bu baxımdan texnikalara yenidən nəfəs verməyə çalışmışam. Sırıqlı geyimlər keçmiş zamanda istifadə olunurdu. Amma ipəyi fərqli təqdim etməyə çalışmışam. Makramedə də fərqli texnika etdim. İpəkləri kəsərək iplər tikilib. Daha sonra onlar ətəkdə istifadə olunub”.

Qeyd edək ki, nümayişin staylinqi Lalə Mansurovaya məxsusdur, aksessuarlar “Lahij Baku”, “Zyma.az”, ayaqqabılar isə, “Pirşağı”ya aiddir. Dəfilə zamanı fonda səslənən musiqi Ramin Aliyə məxsusdur.