“İmtahan” serialı ilə məşhurlaşan aktrisa Üzel Kərimova həyat yoldaşından boşanıb.
OLAY-ın əldə etdiyi məlumata görə, sənətçi ailə qurduğu türk vətəndaşı Muhammed Talha Güneridən rəsmi olaraq bu gün ayrılıb.
Nizami Rayon Məhkəməsində hakim Starə Əliyevanın sədrliyi ilə keçirilən məhkəmədə tərəflər iştirak etməyib.
Qeyd edək ki, cütlük üç ildir ayrılsalar da, rəsmi boşanma baş tutmamışdı. Talha illərdir ABŞ-də yaşayır, Üzel isə fəaliyyətini Azərbaycanda davam etdirir. Onlar 2018-ci ilin sentyabrında evlənmişdilər.
Onu da bildirək ki, Üzel ötən gün instaqramda Nüsrət Kəsəmənlinin bu şeirini paylaşıb:
“Elə qəmli baxma! İzin ver, gedim,
Sənin biçin yerin, zəmin deyiləm.
Yalın ayağımla həmdəmin idim,
Geyindim...
Mən artıq sənin deyiləm..!”