Olay
Olay

Samirə “uğursuz” və “yazıq” sözünü Dilarəyə deyirmiş...

Samirə “uğursuz” və “yazıq” sözünü Dilarəyə deyirmiş...

“Avroviziya” təmsilçilərimiz Samirə Əfəndi və Dilarə Kazımova arasında gərginlik yaşanıb.

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçilər ötən gün Nura Surinin yeni klipinin çəkilişi zamanı bir araya gəliblər. Samirə çəkiliş edən zaman studiyaya Dilarə təşrif buyurub.

Onun rəqsini və kamera qarşısında çıxışını görən Kazımova “Bu da “Mata Hari” obrazından çıxa bilmir”, - deyə, şərh verib. Bu sözləri isə kadrarxasında olan Əfəndinin köməkçisi eşidib və Samirəyə söyləyib.

Müğənni isə məkandan çıxandan sonra instaqramda video paylaşaraq “Efendi özü bir obrazdır” sözlərini söyləyib. O, obrazsız insanlara isə yazıq, uğursuz, “çulsuz” kimi baxdığını söyləyib.

Qeyd edək ki, sənətçilər uzun illərdir küsülüdür.