Olay
Olay

Hamısı “Qapı”da görüşür!

Hamısı “Qapı”da görüşür!

Bir sıra filmlər və “Alatava” serialından tanıdığımız aktyor Vüsal Əhmədzadə ilk filminin çəkilişlərinə başlayıb.

OLAY-ın əldə etdiyi məlumata görə, ekran işi “Qapı” adlanır. Filmin ideya müəllifi Əlixan Rəcəbovdur.

Film güclü heyəti ilə diqqət çəkir. Layihədə rolları Əməkdar artistlər Sənubər İsgəndərli, Rafael İsgəndərov, aktyorlar Kamran Ağabalayev, Taleh Yüzbəyov, Nurlan Rüstəmov, Emil Musayev, İlkin Xəlil, aktrisalar Zemfira Əbdülsəmədova, Kəmalə Onur və Kəmalə Piriyeva canlandırır.

Ekran işinin baş prodüseri və rejissoru Vüsal Əhmədzadə, təsvir rejissoru Orxan Məmmədov, prodüseri İbrahim Heydərovdur.

Filmin ssenarisinə əsasən, imkanlı bir iş adamının evində xadimə işləyən qadın bir gün oradan oğurluq etmək qərarına gəlir. Özünün bu işdə əli olmasını istəməyən qadın işə qardaşı və xalasıoglunu göndərir. Onlar qapını açıb içəri daxil olanda qapı xarab olur və evin içində qalırlar. Evin 13-cü mərtəbədə olması qaçışın da olmaması deməkdir. Təbii olaraq bundan sonra hadisələr çox həyacanlı və gözlənilməz istiqamətdə davam edir.