Olay
Olay

“Sosial verilişlərə baxanda dəli oluram”

“Sosial verilişlərə baxanda dəli oluram”

Müğənni Natavan Həbibi efirlərlə bağlı tənqidi fikirlər səsləndirib.

OLAY yazır ki, sənətçi bu barədə “Xəbərin var?” proqramında danışıb. 

“Sosial verilişlərə baxanda dəli oluram. Dünyada robort ora gedir, bura gedir. Bizdə də filankəsi tutub, telefonla çəkib  efirə verirlər. Belə şeylər efirdə olmamalıdır. Həyatda varsa, bitsin. Bizi izləyənlər var. Bizim millətimizi niyə belə təqdim edirsiniz? Cəmiyyətimiz o ailələrdən ibarətdir? Gözəl ailələrimiz də var, onları göstərmək lazımdır ki, nümunə olsun. 

Yoxsa sabah bir-birilərinin arxasınca telefonla gəzəcəklər ki, bir səhvin olsun, onu efirə verim reklam olunum. Hamı reklam dəlisi olub, özünü ulduz sayır. Fikir sahibi olub ki, sözüm varsa, deməliyəm. Hamının cibində televiziyası var, deyir ki, orada da ağzıma gələni danışım. Bunlara diqqət etmək lazımdır. Jurnalistlər, aparıcılar başda olmaqla kanallar ciddi yanaşmalıdırlar. Bizim gələcəyimiz var, uşaqlarımız bu dalğada böyüməməlidir. Özümüz nümunə ola bilmirik, örnək ola biləcək  insanları göstərək ki, kənardan yaxşı görünsün”, - deyə, sənətçi vurğulayıb.