Olay
Olay

Onlar poeziya gecəsində birləşəcək!

Onlar poeziya gecəsində birləşəcək!

Xalq artistləri Məmmədsəfa Qasımov, Mehriban Zəki, Əməkdar artist Elşən Rüstəmov, aktrisa Zemfira Əbdülsəmədova, qiraətçilər Xəzər Süleymanlı və Sabirə Abdullayeva Heydər Əliyev sarayında çıxış edəcək.

OLAY yazır ki, “Hisslərin Sözlə İfadəsi” adlı qiraət axşamı 7 aprel saat 20:30 baş tutacaq.

Məmmədsəfa Qasımov və Zemfira Əbdülsəmədova Nəriman Həsənzadənin, Bəxtiyar Vahabzadənin, Ramiz Rövşənin, Furqaninin və başqa şairlərin şeirlərini səsləndirəcəklər.

Xəzər Süleymanlı və Sabirə Abdullayeva Nəbi Xəzrinin, Ramiz Rövşənin, İlqar Fəhminin və başqa şairlərlərin şeirlərini ifa edəcək.

Mehriban Zəki və Elşən Rüstəmov isə Rəsul Rzanın, Musa Yaqubun, Ramiz Rövşənin, Mikayıl Müşfiqin və başqa şairlərin şeirlərini səsləndirəcəklər.