Olay
Olay

“Azərbaycanın 80%-i zövqsüz musiqiyə qulaq asır”

“Azərbaycanın 80%-i zövqsüz musiqiyə qulaq asır”

Müğənni Xatirə İslam son illər keyfiyyətli musiqinin ön planana çıxmamasından gileylənib.

OLAY yazır ki, sənətçi bu barədə sosial media hesabında paylaşım edib.

“Bu gün 10 milyonun 80%-i zövqsüz musiqiye qulaq asır. Bəla burasındadır ki, ifaçıda heç bir günah yoxdur, dinləyici özü nəyi eşitmək istəyirsə, onu da dinləyir”, - deyə, Xatirə yazıb.

İzləyicilərinin bir qismi ona dəstək versə də, “Xatirə xanım, zövqsüz musiqiyə heç kim qulaq asmır” rəyini yazanlar da olub.

Sənətçi “Qulas asmır? Bu gün o mahnılara “tıxac” var”, - deyə, izləyicisinə cavab verib.