Olay
Olay

“Nəzrinin dəstəyini hiss etmək məni həvəsləndirir”

“Nəzrinin dəstəyini hiss etmək məni həvəsləndirir”

Xalq artisti Mələkxanım Eyubovanın qızı, influenser Nəzrin Nəcəfova nişanlısı Mərdan Kazımov haqda paylaşım edib.

OLAY yazır ki, o, “Bəziləri sıfırdan başlayır. Miras, bağlantı, dəstək, tanış, güzəşt yoxdur, sadəcə qan, tər, istedad və əzm var” sözləri yazılan fotonu bölüşərək müğənnini işarələyib və “sən” yazıb.

Mərdan isə nişanlısına bu sözlərlə cavab verib:

“14 ildir çəkdiyim əziyyətin bəhrəsini son illərdə görürəm, Allaha şükürlər olsun. Bir də Nəzrin kimi möhtəşəm bir insanın mənəvi dəstəyini hiss etmək məni daha da həvəsləndirir. Biz normalda sosial mediada birgə paylaşımlar etməyi çox sevmirik, amma gecə-gecə yeni mahnı üzərində işlədiyin anda mənim haqda belə bir paylaşım etməsi məni duyğulandırdı, bunları yazmasam, olmazdı. Yaxşı ki, varsan, sevilirsən!”.

Qeyd edək ki, M.Kazımov “O ses Türkiye” yarışmasında iştirakı ilə məşhurlaşıb. Sənətçi bir müddət “Palmas” qrupunda solist olub. Daha sonra isə fəaliyyətini solo davam etdirib.