Olay
Olay

“Sizə qliserinlə ağlayanlar qənim olsun”

“Sizə qliserinlə ağlayanlar qənim olsun”

“Bəzən çəkdiyin əziyyətə, verdiyin enerjiyə, göstərdiyin peşəkarlığa heyfin gəlir”.

OLAY yazır ki, bu sözləri Feysbukda son günlər “Zəhər tuluğu” filmi ilə gündəmdə olan Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanova paylaşıb.

O, fikirlərinə davam edərək bu sözləri yazıb:

“Ümumiyyətlə, mənim bəxt amilim belədir. İnsanlar (bizim sahədəkiləri nəzərdə tutmuşam) mənim layiq oldugum sözü mənə deməkdə, münasibəti mənə göstərməkdə xəsislik edirlər, qıymırlar...

Həyasızlıq edən, çəkiliş məkanlarında istedadsız canları ilə eqolarını nümayiş etdirən insanlara daha çox dəyər verirlər. 

Heyif... Sizə sözü çəkilişdə əzbərləyən, rola hazırlıqsız gələn, saatlarla çəkiliş meydançasında oturub yolunu gözlədiyiniz, 15 dubla çəkilən, eqosu tavan olan, qliserinlə ağlayan, yüz dəfə tapşırıq versəz də, aktyor (aktisa) kimi nə dediyinizi anlamayanlar qənim olsun”.