Yeni ilə həm dəbli, həm də rahat girməyinizə kömək etmək üçün tez-tez dəvətlərdə və tədbirlərdə olan iş xanımı, Liatris Holdinqin rəhbəri Ruhiyyə Əliyevadan kombinasiya təklifləri yaratmağı xahiş etdik.

Burada “Yeni il gecəsi nə geyinmək lazımdır” sualının cavabı yer alacaq.

Yeni il coşqusu küçələri, vitrinləri bürüyərkən beynimizdə iki sual yaranır: Hara getməliyəm? Nə geyinməliyəm?

Təəssüf ki, canlı musiqi + əsas yemək + limitsiz içkilər yazılan menyuların altında gələndə “belə geyinib makiyajınızı belə edə bilərsiniz” sözləri yer almır. Biz sizin üçün dərman kimi təklifləri axtarmaq, skan etmək və toplamaq işini özümüz həll edəcəyik. Gedəcəyiniz yerə ən uyğun kombinə təkliflərini üslubunuzu qoruyaraq bir-bir qeyd etdik. Elə isə sözü veririk Ruhiyyə xanıma...

“Hə, mənim əzizlərim. Öncəliklə Yeni ilinizi təbrik edirəm. İndi isə keçirəm tövsiyyələrimə...

Ruhiyyə Əliyevadan Yeni il libasları tövsiyəsi!Hoteldə

Hotellərin bal zallarında keçirilən partilər ən möhtəşəm Yeni il şənlikləridir. Seçiminizi bu istiqamətdə etmisinizsə, sizin də təntənəli görünməyiniz daha faydalı olar. Populyarlığını heç vaxt itirməyən, hər zaman zərif və dəbli olan uzun paltarlar bu cür partilər üçün ən uyğun seçimlərdəndir. Ehtiyatlı olmağınız lazım olan tək şey, həddindən artıq təmtəraqlı olmaqdan çəkinməkdir. Zərif paltarınızı qızılı və daş-qaşlı aksesuarları ilə birləşdirə bilərsiniz. Qara krujevalı və ya cüzi bir dekolte sizi gecənin ulduzu edə bilər. 

Paltarınızın modelindən asılı olaraq saçlarınızı topuz, at quyruğu və ya dalğalı şəkildə edə bilərsiniz. Əhəmiyyətli olan qabarıqlıq və zəriflik arasındakı incə xətti vurmaqdır. Sadə makiyaj, parlaq gözlər və dodaqlar sizi parlaq göstərmək üçün kifayətdir!

Restoranda

Yeni ilə bol musiqi, ləzzətli yeməklər, içkilər və rəqslərlə başlamağı düşünürsünüzsə, restoran şənlikləri məhz sizin üçündür. Planınızı bu istiqamətdə qurmusunuzsa, zəriflik və rahatlıq səviyyəsini birləşdirməlisiniz. 

Ruhiyyə Əliyevadan Yeni il libasları tövsiyəsi!Restoran şənlikləri üçün bu ilin ən dəbli məhsulları olan dəri ətək və şalvar, dəbli koftalar, korsetlər və ya pencəklər və ya parlaq mini donlar seçə bilərsiniz... 

Ruhiyyə Əliyevadan Yeni il libasları tövsiyəsi!Dəri ətək vəya şalvarla edəcəyiniz kombinəni daha eleqant göstərmək üçün koftanız çox qəşəng olmalıdır. Mini libaslarınızla da sadə zərifliyə nail ola bilərsiniz. Saçlarınızı düz və ya dalğalı şəkildə edə bilərsiniz. Şişirdilmiş topuz saçlardan uzaq durun. Yüngül gecə makiyajı ilə əla görünəcəksiniz.

Ruhiyyə Əliyevadan Yeni il libasları tövsiyəsi!Bakı küçələrində!

Yeni il gecəsinə işıqlı Bakı küçələrində dolaşaraq daxil olmaq istəyirsinizsə, ilk təklifimiz isti geyinməkdir. Soyuq olacağı üçün adətən ya paltoda, ya da gödəkçədə olacaqsınız. 

Ruhiyyə Əliyevadan Yeni il libasları tövsiyəsi!Bu nöqtədə üst geyiminizin üzərinizdəki ən parlaq parça olması faydalı olardı.

Ruhiyyə Əliyevadan Yeni il libasları tövsiyəsi!Xəzli paltolar, süni xəzlər və ya rəngli dəri paltolarla birləşdirə biləcəyiniz rəngli, naxışlı və ya krujevalı corablar sizi küçələrin ulduzu edə bilər. Gecənin uzun sürməsini istəyirsinizsə, ayaqlarınızın rahatlığı çox önəmlidir. İlin trendləri arasında çəkmələr və dizdən yuxarı çəkmələr küçə əyləncələri üçün doğru seçim olacaq. Dikdaban ayaqqabı da geyinə bilərsiniz. Üst geyimlərdə sadəliyə üstünlük verirsinizsə, rəngarəng şallar, papaqlar və şərflərlə üslubunuzu ortaya çıxaracaq toxunuşlar edə bilərsiniz.

Ruhiyyə Əliyevadan Yeni il libasları tövsiyəsi!Gecə klubunda!

Əgər Yeni ilə gecə klubunda girəcəksinizsə, bütün gecəni rahatlıqla rəqs etməyə və dəbli görünməyə imkan verəcək kombinasiya seçməlisiniz. Biserli və ya dəri mini ətəklər, paltarlar və ya kombinezonlar və təbii görünüşlü saçlar; Gecənin əvvəlindən sonuna qədər zərifliyinizi qorumağa imkan verəcək. 

Ruhiyyə Əliyevadan Yeni il libasları tövsiyəsi!Bütün gecə rəqs edəcəksinizsə, sadə bir gecə makiyajı uyğun və yetərli olacaq. Unutmayın ki, qışın ortasında olsaq da, rəqs meydançasının temperaturu yüksək olur. Gecənin sonunda belə göz makiyajınızla heyran qalacaq sadə, diqqət çəkən və qalıcı məhsullar seçməyinizi tövsiyə edirik. 

Gecə uzun və rəqslərlə doludur... Ayaqlarımızı düşünməkdə fayda var. Gecəyə hündürdaban ayaqqabılarınızla başlayacaqsınızsa, “babet”lərinizi çantanıza atmağınız yaxşı olardı.

Barda!

Yeni ilə girərkən komfortunuzdan çıxmaq istəmirsinizsə, bu nöqtədə həmişə əyləşdiyiniz və özünüzü yaxşı hiss etdiyiniz barlar xoş bir seçim olacaq. 

Ruhiyyə Əliyevadan Yeni il libasları tövsiyəsi!Yeni il gecəsini rahat bir yerdə keçirəcəksinizsə, dəri şalvar, krop top və dəri pencəklərlə həm trend, həm də dəbli olacaqsınız. “Dəri çox da mənim tərzim deyil” deyirsinizsə, skinni cinslər və açıq çiyinli, çaplı “topik”lərlə dəbli görünəcəksiniz.

Ruhiyyə Əliyevadan Yeni il libasları tövsiyəsi!