Olay
Olay

Coni ilin musiqiçisi seçildi

Coni ilin musiqiçisi seçildi

“MTV Rusiya” telekanalı “2021-ci ilin musiqiçisi” adına layiq görülən sənətçilərin adlarını açıqlayıb.

OLAY yazır ki, siyahı kanalın rəsmi instaqram hesabında paylaşılıb.  

Top 10-luqda Rusiya və MDB ölkələrində populyarlıq qazanmış müğənni Coni (Cahid Hüseynli) də yer alıb.

Mot, Zivert, İmanbek, Vanya Dmitrienko, Mari Kraimbreri və başqa sənətçilər də ilin musiqiçiləri siyahısındadır.