Olay
Olay

Fanatları Conini Bakıda belə qarşıladı - VİDEO

Fanatları Conini Bakıda belə qarşıladı - VİDEO

Rusiya və MDB ölkələrində populyar olan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) Bakıya gəlib.

OLAY yazır ki, sənətçi instaqramda hava limanından pərəstişkarları ilə videosunu paylaşıb. Videoda ifaçının fanatları ilə səmimi görüntüləri yer alıb.

Müğənninin sevənləri onu bayraqlar və güllərlə qarşılayıb.

Xatırladaq ki, Coni yaxın zamanda Bakıda bir müəssisənin açılışında çıxış etmişdi.