Olay
Olay

“Seçdiklərim hamısı fıs çıxdı” – Pərvin Abıyeva  

“Seçdiklərim hamısı fıs çıxdı” – Pərvin Abıyeva   

“Qış gələndə depressiyaya düşürəm, evdən bayıra çıxmaq istəmirəm. Son zamanlar çox gəzmək havasında deyiləm, çünki böyümüşəm”.

OLAY yazır ki, bu sözləri İnstaqramda aktrisa Pərvin Abıyeva deyib.

O, son zamanlar film və seriallarda rol almamasından danışıb:

“Xosrov və Şirin”dən təklif almamışam, amma hazırda yayımlanan, yayımlanacaq olan və yayımlanmış serial və filmlərin çoxuna təklif almışam. Məsələ ondadır ki, biz qonorar mövzusunda razılığa gəlmirik, düşünürəm ki, gedib ucuz qiymətə çəkilib, aldığım 1000-1500 manatı sağlamlığıma xərcləmək istəmirəm. Bizdə aktyora dəyər vermək, onu yormamaq, şərait yaratmaq yoxdur. Bizdə aktyordan istifadə edirlər. Elə edirlər ki, verilən pulu baha başa gətirsinlər”.

Sənətçi ona ünvanlanan “Sənə ciddi evlilik təklif edən olsa, nə edərsiz” sualına isə belə cavab verib.

“Siz düşünürsüz ki, mənə elə təkliflər gəlmir? Mən subayamsa, düşünürsüz ki, belə istəklər yoxdur? Sizə desəm ki, mənə rəfiqələrim mənimlə evlənmək istəyən oğlanların fotolarını göstərirlər ki, səndən ötrü ölür. Amma mən onları ciddi qəbul etmirəm. Mən özüm görməliyəm, seçməliyəm. Mənim seçdiklərim gördüz də hamısı fıs çıxdı”.