Olay
Olay

“Xanımlar deyir ki, uşağı neynirəm?”

“Xanımlar deyir ki, uşağı neynirəm?”

“Ailə qurmağı niyə istəmirəm ki? Özümü tərifləmək kimi çıxmasın, lakin çox ailəcanlı insanam. Mənim ailəmdən, dostlarımdan soruşsanız, bilərsiniz”.

OLAY yazır ki, bu sözləri “Tarixin bir günü” verilişində müğənni Aysel Əlizadə deyib. O bildirib ki, çox ailəcanlıdır və ailə qurmaq istəyir:

“Bəzən doğma anam deyir ki, səndən yana gözüm arxada deyil. Bilirəm ki, uşağın olsa, gözün kimi baxacaqsan. Bu hər bir xanımın arzusudur. Məsələn, başqa ölkələrdə oluruq, oradakı  xanımlar deyir ki, karyera quracam, uşağı neynirəm?  Azərbaycanlı qadınlar isə ailəcanlı, həyat yoldaşını, övladlarını sevəndir. Pis qadın yoxdur, onun qədrini bilməyənlər ola bilər. Həqiqətən də pis xanım olmur. Xanımlar yalnız sevilməyi diqqəti istəyir. Biz çox şey istəmirik. Onu da əldə edəndə ən xoşbəxt xanım oluruq”.