“Əqrəb mövsümü” serialının ikinci sezonu çəkiləcək.
OLAY-ın əldə etdiyi məlumata görə, layihənin davamı üçün artıq hazırlıqlara başlanılıb. Emil Quliyevin rejissorluğunu, Azər Aydəmirin ssenari müəllifliyini etdiyini serial yeni sezonda İTV-də yayımlanacaq.
Qısa zamanda sosial mediada günlərlə müzakirə edilən serialın davam etmə ehtimalının olması barədə aktyor Hikmət Rəhimov da OLAY-a açıqlama vermişdi.
“Serial sektorunun inkişafına xidmət edən bir iş oldu. Bu, hamının uğurudur. Düşünürük ki, başqa-başqa komandalarda daha yaxşı işlər görəcəyik. İkinci sezonu ola bilər, amma mən o barədə heç bir məlumat verə bilmərəm. Onu Azər Aydəmir bilir də. Ssenari müəllifi odur, ona görə...”, - deyə, o, bildirmişdi.