““Əqrəb mövsümü” serialının davamı ola bilər”.
Bu sözləri OLAY-a açıqlamasında layihənin baş qəhrəmanını canlandıran aktyor Hikmət Rəhimov deyib.
Sənətçi ekran işi haqda fikirlərini bölüşüb:
“Serial sektorunun inkişafına xidmət edən bir iş oldu. Bu, hamının uğurudur. Düşünürük ki, başqa-başqa komandalarda daha yaxşı işlər görəcəyik. İkinci sezonu ola bilər, amma mən o barədə heç bir məlumat verə bilmərəm. Onu Azər Aydəmir bilir də. Ssenari müəllifi odur, ona görə...”.