Olay
Olay

Nəsrin “Terzi”də çəkiləcəkmiş...

Nəsrin “Terzi”də çəkiləcəkmiş...

Çağatay Ulusoyun maraqla izlənilən serialı “Terzi” ilə bağlı maraqlı məqam üzə çıxıb.

OLAY-ın əldə etdiyi məlumata görə, layihədə Esveti canlandıran Şifanur Güldən öncə Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadəyə təklif gəlib. Lakin o, işlərinin çoxluğu səbəbilə “Terzi”də rol almaqdan imtina edib.

Hazırda baş rolları Salih Bademci, Şifanur Gül, Çağatay Ulusoy və Olqun Şimşek canlandırır.

Qeyd edək ki, öncə “Süslü korkuluk” adıyla TV8-də nümayişi planlaşdırılan serialın prodüser şirkəti OGM Pictures-in ortaqları Onur Güvenatam ilə TV8-in müdiri Acun Ilıcalı arasında razılaşma pozulub. Daha sonra serial “Netflix”ə satılıb.

Baş rolda isə Alina Bozun çəkiləcəyi bildirilmişdi. Lakin TV8-lə razılaşma pozulandan sonra müqaviləsi yalnız televiziya layihəsini əhatə edən baş Alina da serialdan ayrıldı.

Daha sonra Alina Bozun yerinə Esra Bilgiç çəkiləcəkdi, o isə prodüser şirkəti ilə müqavilə şərtlərində razılaşa bilmədiyi üçün serialdan ayrılıb.