Olay
Olay

“Səhnədə yaddaşımı itirdim” - Gündəm olan çıxışından danışdı

“Səhnədə yaddaşımı itirdim” - Gündəm olan çıxışından danışdı

“Altın Kelebek” mükafatlarında “Ən parlayan ulduz” nominasiyasında qalib gələn aktrisa Melis Sezenin çıxışı gündəm olmuşdu.

OLAY yazır ki, sənətçi həmin anlardan bəhs edərək bunları söyləyib:

“Səhnəyə çıxdım, günlərdir nə danışacağımı düşünürdüm, çıxış hazırladıq. Amma çıxmadan öncə hamı gözəl danışır. Mənə gələndə dedim ki, danışa bilməyəcəyəm, mükafatımı alıb təşəkkür səhnədən düşəcəyəm. Çıxdım, sadəcə bir ağ işıq gördüm. Bir anda yaddaşımı itirdim. Həyəcandan gözlərimi bağladım. Sonuncu dəfə mükafatımı alanda “tuturam, çünki əlimdədir” demişəm”.

Qeyd edək ki, aktrisa “Sadakatsiz” serialındakı Derin obrazı ilə məşhurlaşıb.