Olay
Olay

“Toyuqla söhbət edib, ağlayırdım” - Zümrüd

“Toyuqla söhbət edib, ağlayırdım” - Zümrüd

Aparıcı Zümrüd Bədəlova ilk mətbəx təcrübəsindən söz açıb.

OLAY yazır ki, aparıcı bu barədə “Xəbər-ətər” verilişində danışıb.

“Təzə ailə quranda mətbəxə girmişdim. Qarşıma toyuq qoydular, qayınatam dedi ki, doğra, görüm necə doğrayırsan? Əlim əsirdi, toyuqla söhbət edirdim, deyirdim ki, qurban olum, məni bağışla. Onu kəsə-kəsə, bişirə-bişirə söhbət edib, ağlayırdım”, - deyə, Zümrüd bildirib.