Ötən həftə keçirilən Azərbaycan Moda Həftəsində ən diqqət çəkən brendlərdən biri “Amelie Baku” moda evi olub.
OLAY yazır ki, hər iki gün podiumda nümayiş etdirilən libaslarda birinci gün böyük modellər səhnəyə çıxsa da, ikinci gün balacalar “Amelie”nin uşaq kolleksiyasını sərgiləyib.
Belə ki, “Amelie Baku”nun ikinci qolu olan “Amelie Baku Kids Couture”da 16 yaşadək olanlar üçün ziyafət geyimləri istehsal olunur.
Moda Həftəsində nümayiş etdirilən kolleksiyanın ipəkdən, orqanzadan, atlazdan hazırlanmış, əl tikmələri, lələklərlə bəzədilmiş, ağ və pastel rəngli geyimlər əsasında hazırlanması da gözdən yayınmayıb.
2018-ci ildə əsası qoyulan “Amelie Baku” moda evinin yaradıcısı və dizayneri gənc iş xanımı Aygül Əlizadədir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan Aygül Əlizadənin yeni kolleksiyasında istənilən mövsüm üçün aktual olan dəbdəbəli ziyafət geyimləri və gəlinliklər zəngin ənənələrimizə sadiq qalaraq ərsəyə gətirilib.
Hazırda dünyada Küveyt, Amerika, İngiltərə, Rusiya başda olmaqla, 30-dən çox ölkəyə ixrac olunan məhsullar alıcılar tərəfindən rəğbətlə qarşılanır.
Bakıda Neftçilər prospekti 131-də yerləşən “Amelie”dən istədiyiniz məhsulları rəsmi saytı vasitəsilə ameliebaku.com-dan sifariş verə bilərsiz.