Əməkdar artist Nailə İslamzadə oğluna toy edib.
OLAY yazır ki, məşhur aparıcının oğlu İslam ikinci dəfə ailə həyatı qurub. Toy iki gün əvvəl Bakının məşhur restoranlarının birində baş tutub.
Sənətçi ailəsinin xoş gününə az sayda qonaqlar çağırıb. Məclisdə TV əməkdaşları, aparıcılar, mədəniyyət üzvləri iştirak edib.
Qapalı məclisdən lentə alınan görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, İslamın ilk evliliyi 2013-cü ildə baş tutub, daha sonra cütlük ayrılıb.