Londonda Böyük Britaniya xüsusi xidmət orqanlarının agenti Ceyms Bond haqda 25-ci filmin dünya premyerası olub.
OLAY yazır ki, “Ölmək vaxtı deyil” (No Time to Die) adlı filmin təqdimatı şəhərin “Royal Albert Hall” konsert zalında keçirilib.
Ekran işinin rejissoru Keri Dzödi Fukunaqa, prodüserlər Maykl Uilson, Barbara Brokkoli, baş rol ifaçısı Deniel Kreyq və Bondun sevgilisini canlandıran fransız aktrisa Lea Seydu qırmızı xalı üzərindən keçiblər.
Premyeranın fəxri qonaqları Britaniya kral ailəsinin üzvləri – Uels şahzadəsi Çarlz həyat yoldaşı Kamilla ilə, həmçinin Kembric hersoqu və hersoqinyası Uilyam və Keyt olublar.
Qeyd edək ki, “Ölmək vaxtı deyil” filmi Kreyqin britaniya agenti obrazında sonuncu işi olub.