Olay
Olay

Bizimkilər qırmızı xalçada...

Bizimkilər qırmızı xalçada...

Məşhurlar “Xənnas” filminin 6 il sonra keçirilən ikinci qala gecəsində qırmızı xalıda pozalar verib.

OLAY-ın kamerası qarşısına keçən tanınmışlar bir-birindən fərqli libaslarda gəliblər.

Aktrisa Pərvin Abıyeva krem rəngli dəstlə qatılıb. O, qara topikini dəri çəkmələrlə tamamlayıb.

Nərgiz Əliyeva isə tədbirə cins dəstlə qatılmağı üstün tutub. O da həmkarı Pərvin kimi qara topikdən istifadə edib. Onun yay ayaqqabısı və qışlıq çantası tərzini qarışıq göstərib.

İnfluenser Nigar Rüfət gecəyə oversayz tərzdə qatılıb. “Look”unda ağ, qara və qızılı rənglərdən istifadə edib.

Aktrisa Zarina Qurbanova sadə ağ donunu qırmızı ayaqqabı ilə tamamlayıb. Sənətçi at quyruğu saçlarını sadə makiyaj və qırmızı pomadayla kombinasiyalayıb.

Daha bir cins seçimini influenser Nərmin Vəliyevadan (Narisha) gəlib. O, mavi rəngli cins yubka və çantasını ağ topiklə kombinə edib.

Aktrisa Sanura Cəfərova dekolteli bəyaz pencəyini sarı çanta ilə birləşdirib. Sənətçinin krem rəngli platforma ayaqqabısı onun ayaq hissəsini böyük göstərib.

Türkay Cəfərli gecədə dəri gödəkçəsi və sarı eynəyi ilə diqqət çəkib.