“Nazik mətləb” filminin qala gecəsində məşhurlar libasları ilə diqqət çəkib.

Bir-birindən fərqli geyimlərlə təqdimata təşrif buyuranlar OLAY-ın obyektivindən yan qaça bilməyib.

Baş rolun ifaçısı Əməkdar artist Gülzar Qurbanova gecəyə xaki rəngli, uzun yarıqlı libası ilə qatılıb. Sənətçinin geyimindəki işləmələr, saç və makiyajının sadə olması diqqətdən yayınmayıb.

Qırmızı xalçada zövq yarışı - FOTOLAR

Qurbanova kombinəsini krem rəngli ayaqqabı ilə tamamlayıb. Onun gecə üçün seçdiyi qızılı sırğalar isə aktrisanı yarıyolda qoyub. Gülzar Qurbanova qırmızı xalıda aksessuarın biri düşəndən sonra onları çıxarıb.

Qırmızı xalçada zövq yarışı - FOTOLAR

Aktrisa Sevinc Əliyeva gecəyə saçaqlı mavi rəngdə libasla təşrif buyurub. Elnur Həsənovun saç və makiyajı ilə tədbirdə diqqət çəkən Sevinc qızılı qalın qolbağ və geyiminə uyğun uzun sırğalardan istifadə edib.

Qırmızı xalçada zövq yarışı - FOTOLAR

Aparıcı Kamilə Babayevanın qarışıq kombinasiyası da gözdən yayınmayıb. Kamilə rəngli libasını qara palto, uzun çəkmə və böyük boz dəri çanta ilə tamamlayıb.

Qırmızı xalçada zövq yarışı - FOTOLAR

Filmin direktoru İrəm Laçın isə təqdimata bel dekolteli qara libasla qatılıb. O, məxməri libası ilə birlikdə uzun qızılı sırğalar taxıb.

Qırmızı xalçada zövq yarışı - FOTOLAR

Xalq artisti Mehriban Zəki gecə üçün uzun qara ətəyini eynirəngli dəri kofta ilə birləşdirib. Sənətçi qısaboğaz çəkməsi və qara aksessuarı ilə də diqqət çəkib.

Qırmızı xalçada zövq yarışı - FOTOLAR

Əməkdar artist Dilarə Əliyeva isə tədbirə qara kostyumda qatılıb. Onun heç bir aksessuardan istifadə etməməsi gözdən yayınmayıb.

Aktrisa Zümrüd Qasımova da gecə üçün qara libas seçib. O, qısa donunu dikdaban dəri çəkmə ilə kombinə edib. Zümrüd sözügedən tərzini iri, qızılı zəncirdən ibarət qulpu olan yaşıl çantası ilə tamamlamağı seçib.

FOTOLAR: Nuran Məmmədov

Qırmızı xalçada zövq yarışı - FOTOLAR