Mərhum Xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalov çətin vəziyyətdədir. Belə ki, uzun müddətdir böyrəklərində problem olan Məmmədin bu dəfə ayaqları tutulub.
OLAY yazır ki, aktyorun oğlu “Elgizlə izlə” proqramına əlil arabasında gətirilib. Məmmədlə birgə onun xanımı və bacısı da verilişə gəlib.
Bacısı Gülbəniz Məmməd üçün kömək istəyib. Gülbəniz deyib ki, Məmmədin həkimə özünün gedib-gəlməsini, əlil arabasından qalxmasını istəyir. O, əlavə edib ki, qardaşının xəstəliyinə qədər E. Zeynalovun ailə üzvləri olaraq efirə çıxmayıblar.